19 
Sen
2017
10:07
4
89
1733
Virtual karabakh

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlandı

19 Sen, 2017
10:07
1733

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı bəlli olub.

Oxu.Az xəbər verir ki, Milli Məclisdən Modern.az-a verilən məlumata görə, payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin  təsdiqlənməsi ilə bağlı məsələlər  müzakirə ediləcək. Bunlar aşağıdakılardır:

Əmək Məcəlləsinə dəyişiklik;

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

“Muzeylər  haqqında” qanuna dəyişiklik;

“Rəsmi statistika  haqqında” qanuna dəyişiklik;

“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;

“Sərhəd qoşunları  haqqında” qanuna dəyişiklik;
 
“Təhsil haqqında” qanuna dəyişiklik;

“Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik;

“Müdafiə haqqında” qanuna dəyişiklik;

“Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri