19 
Sen
2017
17:50
22
115
1185
Virtual karabakh

Amerikalı həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər - YENİLƏNİB

19 Sen, 2017
17:50
1185

Amerikalı həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcəklər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar MəmmədyarovEdvard Nalbandyanın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşü sentyabrın 23-də keçirilə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfax” diplomatik mənbəyə istinadən məlumat yayıb.

17:05

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya amerikalı həmsədr məlumat verib. O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib.  

Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri