20 
Sen
2017
15:39
14
114
1045
Virtual karabakh

Səfir: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir

20 Sen, 2017
15:39
1045

Səfir: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Mən Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas olduğunu anlayıram".

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

O, Aİ-nin bu məsələ ilə birbaşa məşğul olmadığını bildirib, bununla belə, qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb.

"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik. Münaqişə və münaqişə ətrafındakı mövzular Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən "Şərq Tərəfdaşlığı" sammiti öncəsi müzakirə olunacaq", - deyə o bildirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri