21 
Sen
2017
15:30
217
16
4973
Virtual karabakh

Ermənistanda iki nazirlik arasında Qarabağ ziddiyyəti - DÜŞMƏN TƏRƏFDƏ QALMAQAL

21 Sen, 2017
15:30
4973

Ermənistanda iki nazirlik arasında Qarabağ ziddiyyəti - DÜŞMƏN TƏRƏFDƏ QALMAQAL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbadyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə APA “Rusarminfo.ru”-ya istinadən məlumat verir.

Məlumata görə, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: “Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.

Erməni nazir danışıqların pozulmaması üçün digər detalları açıqlamayıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri