21 
Sen
2017
17:28
26
388
3205
Virtual karabakh

MM: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər

21 Sen, 2017
17:28
3205

MM: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisdə sabah keçiriləcək "Avronest" Parlament Assambleyasının (PA) konfransında Ermənistan parlamentinin deputatları Armen Aşotyan və Mane Tandilyan da iştirak edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Milli Məclisin deputatı, Azərbaycanın "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib.

F. Muradov erməni deputatların Bakıya nə vaxt gələcəyi barədə isə məlumatsız olduğunu deyib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da APA-ya bildirib ki, onda erməni deputatların Bakıya gəlib-gəlmədiyi barədə dəqiq məlumat yoxdur: “Məndə olan məlumat odur ki, erməni deputatların sabahkı tədbirdə iştirakı gözlənilir”.

Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.  

Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri