21 
Sen
2017
18:17
148
67
1523
Virtual karabakh

Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

21 Sen, 2017
18:17
1523

Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı mühüm sanksiyaların tətbiqinə hazırlaşır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri CNN-ə bildirib ki, Donald Tramp Yaponiya baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Moon Jae-i ilə görüşü zamanı sanksiyalar barədə məlumat verəcək.

“Prezident yaxın müttəfiqlərimiz Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşdə bu problemin həlli üçün səylərimizin davam etdirilməsi barədə danışacaq və yeni sanksiyalar barədə elan verəcək”, - deyə o əlavə edib.

Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri