22 
Sen
2017
10:50
5
25
742
Virtual karabakh

Bakıda Avronest PA çərçivəsində konfrans başlayıb

22 Sen, 2017
10:50
742

Bakıda Avronest PA çərçivəsində konfrans başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda, Milli Məclisin binasında Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans keçirilir.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, tədbirdə Avronest-ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. 

Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri