22 
Sen
2017
18:54
288
52
8016
Virtual karabakh

Məlahət İbrahimqızı erməni deputata cavab verdi

22 Sen, 2017
18:54
8016

Məlahət İbrahimqızı erməni deputata cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistandan olan həmkarlarımız, xüsusilə xanım Tandilyan bizdən inciyir ki, guya burada onlara qarşı ittihamlar irəli sürülür. Əslində, bizim deməyə sözümüz çoxdur”.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, bunu Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti komitəsinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı erməni deputatlara cavab verərkən deyib.

Bakıda Avronest PA çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransında iştirak edən erməni deputatların iddialarına münasibət bildirən M. İbrahimqızı 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığını, milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü xatırladıb: “Bundan başqa, indiyə qədər atəşkəs dövründə 44 körpə uşaq erməni silahlılarının atəşinə tuş gəlib. Bunlardan biri, 2 yaşlı Zəhra iki ay əvvəl öldürüldü. Mən başa düşürəm ki, müharibənin öz qanunları var, amma bu körpələrin günahı nədir?

Hər hansı ölkədə əgər körpələr, analar, bacılar güllələrə tuş gəlirsə, o zaman biz hansı davamlı inkişaf məqsədindən danışa bilərik? Hansı əks arqumenti dilə gətirmək mümkün olar? Burada heç kəs heç kəsi ittiham etmədi. Sadəcə, baş verənləri həmkarlarım sadəcə qısa şəkildə dilə gətirdi. Qonşu ölkəyə torpaq iddiası olan, onun ərazilərini işğal edən ölkənin deputatı olaraq siz yaradılan fürsətdən istifadə edərək bizimlə birlikdə oturub fikirləşməlisiniz ki, bunu necə aradan qaldırmaq olar”.

Qeyd edək ki, konfrans Milli Məclis, Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri