22 
Sen
2017
21:59
41
191
1929
Virtual karabakh

Nyu-Yorkda Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir – FOTO

22 Sen, 2017
21:59
1929

Nyu-Yorkda Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə XİN-in mıtbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, hazırda xarici işlər naziri BMT sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşür. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilir.

19:56

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Oxu.Az xəbər verir ki, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib.

Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutacaq.

H. Hacıyevin sözlərinə görə, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri