22 
Sen
2017
22:15
664
191
8179
Virtual karabakh

Prezident voleybol matçında – FOTO

22 Sen, 2017
22:15
8179

Prezident voleybol matçında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin rəsmi açılış mərasimindən sonra “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra oyuna start verildi. Milli komandamız ilk setin əvvəlində hesabda geri olsa da, setin sonuna doğru üstünlüyü ələ alaraq 25:23 hesabı ilə qələbə qazandı. Azərbaycan voleybolçuları ikinci setdə inamla mübarizə apararaq rəqibə çətinlik çəkmədən qalib gəldilər – 25:14. Oyunun üçüncü seti də Azərbaycan voleybolçularının inamlı qələbəsi ilə yekunlaşdı - 25:16. Beləliklə, 3:0 hesabı ilə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri