Okt
2017
16:55
173
32
1449
Virtual karabakh

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

9 Okt, 2017
16:55
1449

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin müdafiə naziri, general-leytenant Andrey Ravkovla görüşüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də, maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri