11 
Okt
2017
10:27
4
59
2223
Virtual karabakh

"Nazirlər Kabinetinin iş qaydası"nda mətbuatla bağlı YENİLİK

11 Okt, 2017
10:27
2223

"Nazirlər Kabinetinin iş qaydası"nda mətbuatla bağlı YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabinetinin iclasında baxılacaq məsələlər və materiallar haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılması, iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin iclaslarda baxılmış məsələlərə dair mətbuat konfransının (brifinqin) təşkili, vətəndaşların iclasda baxılmış məsələlər və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin ediləcək.

Oxu.Az-ın xəbərinə görə, bu, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.

İş qaydasına əsasən, Nazirlər Kabinetinin iclası açıq keçirilir.

Nazirlər Kabinetinin iclasına sədrlik edənin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər. Qapalı iclas keçirilərkən (ayrı-ayrı məsələlər qapalı müzakirə olunarkən) materialların hazırlanması, iclaslara buraxılış, stenoqraflama, protokolların və qəbul edilən aktların tərtibi məxfi sənədlərlə müəyyən olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.

Nazirlər Kabinetinin iclasında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlərin, habelə səsyazmanın aparılması qaydası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.

Nazirlər Kabinetinin iclasının stenoqrafik, audio və videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir. Qapalı iclasın (qapalı müzakirənin) audio və videoyazılışı aparılmır.

İclasda iştirak edən şəxslərin iclasa video və fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri gətirməsinə icazə verilmir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri