11 
Okt
2017
14:23
389
34
4194
Virtual karabakh

AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub - YENİLƏNİB

11 Okt, 2017
14:23
4194

AŞPA-da Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.

Oxu.Az APA-nın Avropa müxbirinə istinadən xəbər verir ki, həmməruzəçilər Stefan ŞennaxSezar Florin Predanın hazırladıqları Azərbaycanın öhdəliklərinə dair hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.  

Bu gün AŞPA-da belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə də qəbul olunub.

Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

***

13:21

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib.

Oxu.Az-ın APA-nın Avropa müxbirinə istinadən verdiyi xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də, hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz, sadəcə, üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək, müsbət irəliləyişlərə nail olmuşuq”.

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri