12 
Okt
2017
11:16
53
24
593
Virtual karabakh

Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başladı

Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmonla görüşüblər. 

İ.Rahmon deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub. 

Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.

Məlumata görə, nazirlər iclasda hazırkı şəraitdə birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunması, Əfqanıstandakı və bu ölkə ilə sərhəddəki vəziyyəti, terrorçuluğa qarşı birgə mübarizəni, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərini müzakirə edəcəklər. 

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantıda iştirak edir.

Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək. 

N.H.

www.oxu.az

Digər Siyasət xəbərləri