13 
Okt
2017
12:28
263
41
2328
Virtual karabakh

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

13 Okt, 2017
12:28
2328

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. 

Oxu.Az-ın məlumatına görə, dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bolqarıstan Azərbaycan üçün çox önəmli tərəfdaşdır, dost ölkədir. 

“Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib, Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq. Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq. Bolqarıstan bizim üçün çox önəmli tərəfdaşdır, dost ölkədir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək”, - deyə İlham Əliyev vurğulayıb.

Bolqarıstan prezidenti Rumen Radev isə öz növbəsində vurğulayıb ki, siyasi dialoqun intensivliyi iki xalqın və ölkənin arasında çox yaxşı münasibətlərin mövcudluğunu göstərir.

“Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”, - deyə Bolqarıstan lideri bildirib.

11:24

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Daha sonra İlham Əliyevin və Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

***

10:45

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. 

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlarla görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri