13 
Okt
2017
15:30
103
57
2634
Virtual karabakh

Ramin Quluzadə sahə rəhbərlərinə tapşırıq verdi

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Göyçay şəhərində vətəndaşlarla görüşüb.

Oxu.Az xəbər verir ki, Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq, müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

E.Ə.
www.oxu.az

Digər Siyasət xəbərləri