16 
Okt
2017
15:43
220
55
6804
Virtual karabakh

Zakir Həsənov Gürcüstanda – FOTO + YENİLƏNİB

16 Okt, 2017
15:43
6804

Zakir Həsənov Gürcüstanda – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda səfərdə olan Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

Oxu.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirilən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

13:30

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.

Оxu.Az  APA-ya istinadən xəbər verir ki, nazir Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə əklil qoyaraq xatirəsini yad edib.
 
Səfər çərçivəsində Z. Həsənov bu gün gürcü həmkarı Levan İzoriya ilə görüşəcək.
 
Oktyabrın 17-də Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə birgə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri