17 
Okt
2017
20:47
203
72
4760
Virtual karabakh

Deputat: Azərbaycan Krımın təsviri olan əsginası qəbul etməməlidir

17 Okt, 2017
20:47
4760

Deputat: Azərbaycan Krımın təsviri olan əsginası qəbul etməməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Mərkəzi Bankı bu günlərdə dövriyyəyə Krımın təsviri olan 200-lük rubl əsginası daxil edib. 

Oxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bununla əlaqədar Azərbaycanın Milli Məclisinin deputatı Vahid Əhmədov tələb edib ki, Azərbaycanın Mərkəzi Bankı Krımın təsviri olan Rusiya kupyuralarını qəbul etməsin.

“Ölkənin dövlət strukturları tərəfindən bu pulun qəbulu Ukrayna sərhədlərinin toxunulmazlığını tanıyan Bakının rəsmi mövqeyinə zidd olacaq”, - deyə V.Əhmədov bildirib.

Deputat hesab edir ki, Qarabağ münaqişəsi kimi problemə malik olduğumuzu nəzərə alaraq, başqa ölkələrin ərazi bütövlüyünə aid məsələlərdə ardıcıl olmaq lazımdır.

Şübhəli rəmzə malik yeni Rusiya əsginasından imtinanın nə qədər mümkün ola biləcəyini maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov izah edib. 

“Texniki tərəfdən Azərbaycan bankları tərəfindən bu kupyuraların qəbulundan imtinanı  həyata keçirmək sadədir. Mərkəzi Bankımızın hər hansı izahatlarsız Krımın təsviri olan kupyuraların ölkənin bütün bankları tərəfindən qəbul edilməməsi ilə bağlı qərar qəbul etməsi kifayətdir. Amma aydındır ki, bu qaydanı Ədliyyə Nazirliyində təsdiq etmək lazımdır”, - deyə ekspert vurğulayıb.

Eyni zamanda Ə.Həsənov hesab edir ki, məsələ ilə bağlı Kiyevin mövqeyini gözləmək məqsədəuyğun olardı.

Qeyd edək ki, Ukrayna Milli Bankı Ukrayna banklarına Rusiya Federasiyasının Krımın təsviri olan banknot və sikkələri ilə əməliyyat keçirmələrini qadağan edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri