17 
Okt
2017
21:32
530
209
6001
Virtual karabakh

ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yayıb

17 Okt, 2017
21:32
6001

ATƏT Əliyev-Sarkisyan görüşü ilə bağlı bəyanat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətlə izləyib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:

“Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri