17 
Okt
2017
21:41
48
222
6882
Virtual karabakh

Müsavatçılarla cəbhəçilər bir-birlərini təhqir etdilər – VİDEO

17 Okt, 2017
21:41
6882

Müsavatçılarla cəbhəçilər bir-birlərini təhqir etdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsavat Partiyasının bir qrup tanınmış üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovu xalqı aldatmaqda və zaman-zaman siyasi əqidələrini dəyişməkdə günahlandırıb. 

Oxu.Az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, Müsavat Partiyasının üzvü Kərim Kərimli sosial şəbəkədə Əli Kərimli və Etibar Məmmədovun fotolarını paylaşaraq, onları hakimiyyətlə ittifaqa girməkdə təqsirləndirib: 

“14 il bundan öncə Əli Kərimli Etibar Məmmədovu dəstəkləyib Azərbaycana ən böyük zərbəsini vurdu. Əli Kərimli, İsa Qəmbər prezident olmasın deyə Siyavuş Novruzovla da ittifaqa girər”. 

Kərim Kərimlinin bu statusu Müsavat Partiyasının tanınmış Məclis üzvləri - Kəmalə Bəhlulova, Əbülfəz Səfərli və digər şəxslər tərəfindən şərh olunaraq, dəstəklənib. Müsavatçı fəalların Əli Kərimli və Etibar Məmmədov haqqında fikirləri AXCP üzvlərinin sərt etirazına səbəb olub. 

Nəticədə bir qrup AXCP fəalı İsa Qəmbəri təhqir edib, onu qorxaq adlandırıblar. Daha sonra Müsavatçılarla AXCP üzvləri arasında “söz davası” qızışıb. Onlar bir-birlərini hakimiyyətə işləməkdə ittiham ediblər.

 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri