18 
Okt
2017
14:10
268
40
2378
Virtual karabakh

Azərbaycan prezidenti: Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir - YENİLƏNİB

18 Okt, 2017
14:10
2378

Azərbaycan prezidenti: Şərq Tərəfdaşlığı ölkələrinə eyni münasibət göstərilməlidir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq, bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd edib və bildirib ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməsinin vacibliyini vurğulayıb.

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski prezident İlham Əliyevin Polşaya səfərini məmnunluqla xatırlayaraq, bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Polşanın xarici işlər naziri bildirib ki, ölkəsi Azərbaycanla əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa toxunan V. Vaşçikovski Avropa İttifaqının xarici siyasətində bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və Avropa İttifaqının əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan tərəfinin danışıqlar prosesini uzatmağa meyilli olduğu qeyd edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin və nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb.

***

10:55

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri