18 
Okt
2017
13:40
189
39
2652
Virtual karabakh

Məmmədyarov Sarkisyanın məsuliyyətsizliyi barədə

18 Okt, 2017
13:40
2652

Məmmədyarov Sarkisyanın məsuliyyətsizliyi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, danışıqlar substantiv olmalıdır: 

“Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri