19 
Okt
2017
12:09
9
77
2916
Virtual karabakh

BŞİH Müsavat Partiyasının yürüşü ilə bağlı qərarını açıqladı

19 Okt, 2017
12:09
2916

BŞİH Müsavat Partiyasının yürüşü ilə bağlı qərarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, meriya yürüşün keçirilməsinə razılıq verməyib.

BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri