19 
Okt
2017
16:49
107
18
4326
Virtual karabakh

Müsavat yürüşü ilə bağlı qərarını açıqladı

19 Okt, 2017
16:49
4326

Müsavat yürüşü ilə bağlı qərarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.

Partiyadan Oxu.Az-a verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bəyan edilib.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin edib, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri