19 
Okt
2017
17:26
26
558
2400
Virtual karabakh

Əli Həsənov: Biz öz gücümüzə arxalanmalıyıq

19 Okt, 2017
17:26
2400

Əli Həsənov: Biz öz gücümüzə arxalanmalıyıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir”.

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Ə.Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu: “Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri