19 
Okt
2017
18:26
44
86
1720
Virtual karabakh

Niderlandın baş naziri: Kataloniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur

19 Okt, 2017
18:26
1720

Niderlandın baş naziri: Kataloniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Baş naziri Mark Ryutte hesab edir ki, referendum keçirilən Kataloniya məsələsinin Avropa İttifaqına heç bir aidiyyəti yoxdur.

Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, baş nazir bəyan edib ki, bu, İspaniyanın daxili işidir.

M.Ryutte deyib: “Bu, İspaniyanın daxili işidir, mən başqa dövlətləin daxili işlərini şərh etmirəm. Bunun Avropa İttifaqına heç br dəxli yoxdur. Bu, İspaniyanın işidir, Ali Məhkəmə qərar çıxarıb və hökumət bu qərarı icra edir”.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri