19 
Okt
2017
23:47
384
100
6237
Virtual karabakh

İlham Əliyev Türkiyədə səfərdədir - YENİLƏNİB + VİDEO + FOTO

19 Okt, 2017
23:47
6237

İlham Əliyev Türkiyədə səfərdədir - YENİLƏNİB + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib.

Oxu.Az Yenicag.az-a istinadən sizi həmin səfərdən ilk görüntülərlə tanış edir:

20:35

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan prezidenti  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Görüşdə prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlət başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söylədi və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirildi və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

18:43

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Oxu.Az-ın məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri