20 
Okt
2017
12:19
18
93
1893
Virtual karabakh

Milli Məclisin növbəti plenar iclası başladı

20 Okt, 2017
12:19
1893

Milli Məclisin növbəti plenar iclası başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.

Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri