20 
Okt
2017
12:40
61
156
2487
Virtual karabakh

Oqtay Əsədov: Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik

20 Okt, 2017
12:40
2487

Oqtay Əsədov: Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri