20 
Okt
2017
14:20
126
15
2887
Virtual karabakh

XİN: “Mundo Deportivo” Azərbaycandan üzr istədi

20 Okt, 2017
14:20
2887

XİN: “Mundo Deportivo” Azərbaycandan üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycandan üzr istəyib.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev məlumat verib. 

Xatırladaq ki, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunmuşdu.

“Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilmiş, sözügedən məlumat dəyişdirilərək, “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapmışdır”, - deyə Hikmət Hacıyev bildirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri