21 
Okt
2017
17:57
212
43
3247
Virtual karabakh

Azərbaycan və İtaliya arasında hərbi sahədə danışıqlar aparılıb

21 Okt, 2017
17:57
3247

Azərbaycan və İtaliya arasında hərbi sahədə danışıqlar aparılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Müdafiə Nazirliyi və İtaliya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq, Bakıda iki ölkənin Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri