24 
Okt
2017
02:06
108
29
1566
Virtual karabakh

Azərbaycan Afrika ölkələrini öz peyklərindən istifadə etməyə dəvət edib

24 Okt, 2017
02:06
1566

Azərbaycan Afrika ölkələrini öz peyklərindən istifadə etməyə dəvət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Azərbaycanla Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışıb. O, Azərbaycanla Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafı, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verib və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırıb.

Görüşdə Azərbaycanla Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulanıb.

Mahmud Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışıb və Afrika ölkələrini Azərbaycanın peyklərindən istifadə etməyə dəvət edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri