11 
Dek
2017
15:54
12
121
1360
yuxarı
XİN: Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını yüksək qiymətləndirdilər
11 Dek, 2017
15:54
1360
12
121
XİN: Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını yüksək qiymətləndirdilər
“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib. Onlarda çox yüksək təəssürat yarandı”.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.
N.O.