18 
Apr
2018
23:03
1193
239
39521
Virtual karabakh

İlham Əliyev: Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm – VİDEO

18 Apr, 2018
23:03
39521

İlham Əliyev: Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

“Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Daha sonra Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri