27 
Sen
2018
08:23
13
310
2181
Virtual karabakh

Məmmədyarov: Danışıqları gələn ay davam etdirəcəyik

27 Sen, 2018
08:23
2181

Məmmədyarov: Danışıqları gələn ay davam etdirəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

Bu barədə Oxu.Az Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

E. Məmmədyarov görüşün yekunlarını şərh edərkən bildirib: 

“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi.

Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu.

Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri