23 
Okt
2018
20:46
319
50
10399
Virtual karabakh

Azərbaycan Fransaya nota verdi

23 Okt, 2018
20:46
10399

Azərbaycan Fransaya nota verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Respubikasının Xarici İşlər Nazirliyinə çağırılıb. 

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri  tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri