26 
Okt
2018
18:00
295
25
9737
Virtual karabakh

Zabelin: Duqin Qarabağla bağlı həqiqətləri danışmağa davam edir

Aleksandr Duqinin erməni işğalından azad edilmiş Azərbaycanın Cocuq Mərcanlı qəsəbəsinə səfərindən, həmçinin Dağlıq Qarabağın mənsubiyyəti barədə dediklərindən sonra onun ünvanına Rusiyada yaşayan ermənilər tərəfindən təhdidlər gəlməyə başlayıb. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib. 

Xatırladaq ki, siyasi elmlər doktoru, rusiyalı filosof və ideoloq Aleksandr Duqin demişdi ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir.

Zabelinin sözlərinə görə, bundan sonra dəvət aldığı bütün verilişlərdə Ermənistandan olan nümayəndələr Duqini təhdid edirdilər. 

“Ancaq bu təhdidlərə baxmayaraq, o, həqiqəti deməyi davam etdirir. Rusiya rəhbərliyi Duqinin rəhbərlik etdiyi İzborsk klubuna xüsusi hörmətlə yanaşır. Bu, o deməkdir ki, Duqinin dedikləri çox vacibdir”, - müsahibimiz bildirib. 

Azərbaycanlı parlamentarinin sözlərinə görə, təhdidlər səbəbindən Duqin Rusiya Federasiyasının prokurorluğuna rəsmi məktubla müraciət edib:

“Bundan sonra erməniyönümlülərin hücumları və təhdidləri dayanıb”.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri