Noy
2018
17:57
704
54
8596
Virtual karabakh

Himnimizə toxunmaq olmaz - ŞƏRH

3 Noy, 2018
17:57
8596

Himnimizə toxunmaq olmaz - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Himnimizin nə sözlərini, nə də musiqisini dəyişmək lazımdır. Heç nəyə toxunmaq lazım deyil. 

Bunu Oxu.Az-a açıqlamasında şair, Azərbaycan Yazıçılar Birliyinin (YAP) katibi və Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib.

“Himnimiz yaxşıdır, hər şey yerindədir”, - deyən R.Məcidin sözlərinə görə, bu mövzu, ümumiyyətlə, müzakirəlik məsələ deyil. 

“Vaxtilə “525-ci qəzet”də  bu mövzu ilə bağlı tanınmış jurnalist İlhamə Qasımlının geniş araşdırmaları getmişdi.

Hətta ulu öndər Heydər Əliyevə də sual vermişdi, o da demişdi ki, “heç bir dəyişiklik lazım deyil, himnimiz elə tariximizdir və olduğu kimi qalmalıdır”. Bundan sonra nə isə demək, əlavə etmək, məncə, yersizdir”, - deyə AYB-nin katibi əlavə edib.

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov himnlə bağlı hər hansı dəyişikliyə ehtiyac olmadığını deyib.

“Bu məsələyə ən yüksək səviyyədə cavabı elə dünən Milli Məclisdə hörmətli millət vəkilimiz və tarixçimiz Fəzail İbrahimli verdi. Çox məzmunlu, çox əhatəli cavab və yanaşma idi. Mən də həmin fikirləri, yanaşmanı olduğu kimi qəbul edir və dəstəkləyirəm. Həmin fikirlərdən əlavə nə isə demək istəmirəm. Orada hər şey deyilib”, - deyə S.Seyidov sonra bildirib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri