Noy
2018
17:48
93
181
5070
Virtual karabakh

Azərbaycan və Səudiyyə Ərəbistanı DİN başçılarının görüşü keçirildi

4 Noy, 2018
17:48
5070

Azərbaycan və Səudiyyə Ərəbistanı DİN başçılarının görüşü keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, nazir Ramil Usubov onun dəvətini qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinə görə şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səuda təşəkkürünü bildirib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Əbdüləziz bin Səud bin Nayif Al Səud dəvətə və yüksək qonaqpərvərliyə görə Ramil Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev görüşdə iştirak edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri