Noy
2018
18:06
249
48
2819
Virtual karabakh

Ağdamda subartezian quyularının qazılmasına 2,5 milyon manat ayrıldı

5 Noy, 2018
18:06
2819

Ağdamda subartezian quyularının qazılmasına 2,5 milyon manat ayrıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri