15 
Noy
2018
12:40
216
22
6607
Virtual karabakh

Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın

15 Noy, 2018
12:40
6607

Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Vahid Əhmədov şəhid ailələrinin sığorta məsələsi ilə bağlı yaranmış problemin artıq həll olunmasını tələb edib.

Oxu.Az xəbər verir ki, o, parlamentdə çıxışında bildirib ki, artıq bu məsələ öz çərçivəsindən kənara çıxıb:

“Bu gün də parlamentin qabağına yığışmışdılar. Artıq təhqiramiz söhbətlər gedir. Oqtay müəllim, xahiş edirəm ki, artıq bu məsələyə son qoyulsun. Onların hər birini əmək və əhalinin sosial müdafiəsi naziri qəbul etsin və dinləsin. Yox, əgər buna vaxtı yoxdursa, başqa addımlar atılsın. Amma nəticə olaraq, bu məsələyə son qoyulmalıdır”.

Spiker Oqtay Əsədov isə cavabında bu məsələ ilə bağlı nazirlə danışdığını bildirib və məsələnin həlli istiqamətində addımların atılmasını söyləyib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri