15 
Noy
2018
12:51
218
29
3231
Virtual karabakh

Deputat: Reket jurnalistlər bizi biabır edir

15 Noy, 2018
12:51
3231

Deputat: Reket jurnalistlər bizi biabır edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

Oxu.Az xəbər verir ki, o deyib ki, buna səbəb onun çıxışlarının təhrif olunmasıdır.

Millət vəkili qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əməkhaqqının 3 faiz həcmində artırılmasını deyib:

“Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində, maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi.

Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz ifadələri tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri