15 
Noy
2018
15:44
38
162
6798
Virtual karabakh

Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi

15 Noy, 2018
15:44
6798

Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva şəhərində Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, toplantı noyabrın 13-dən 15-dək davam edib.

Görüş zamanı Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, 2019-cü il üçün komissiyanın iş planı təsdiqlənib və iclasın protokolu imzalanıb. 

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. 

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri