15 
Noy
2018
17:36
146
45
2640
Virtual karabakh

Bakıda keçiriləcək beynəlxalq konfransla bağlı təşkilat komitəsi yaradılıb

15 Noy, 2018
17:36
2640

Bakıda keçiriləcək beynəlxalq konfransla bağlı təşkilat komitəsi yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində  akı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri

Əli Həsənov -  Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov -  Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri