15 
Noy
2018
19:17
1601
73
29190
Virtual karabakh

Prezident sərəncam imzaladı

15 Noy, 2018
19:17
29190

Prezident sərəncam imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri