16 
Noy
2018
09:56
118
129
4521
yuxarı
İsrail Azərbaycana yeni səfir təyin edib
16 Noy, 2018
09:56
4521
118
129
İsrail Azərbaycana yeni səfir təyin edib
Corc Dik İsrailin Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib.
Oxu.Az “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, buna qədər Corc Dik İsrail XİN-nin baş katibi Yuval Rotemin baş məsləhətçisi olub.
Corc Dik 2008-ci ildən İsraildə XİN-də çalışır. O, 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı diplomatik missiya rəhbərinin müavini vəzifəsində işləyib.
C.Dik 2012-2015-ci illərdə İsrailin Norveçdəki missiyasının başçısının köməkçisi olub.