16 
Noy
2018
16:53
308
66
4957
Virtual karabakh

İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı

16 Noy, 2018
16:53
4957

İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə bazar ertəsi, noyabrın 19-da danışıqlar aparacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sputnik Belarus” nəşrinə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

İlham Əliyevin Minskə səfəri barədə Aleksandr Lukaşenkonun Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündən sonra məlum olub.

Belarus prezidentinin mətbuat xidmətindən bildiriblər ki, prezidentlər iki ölkə arasındakı mövcud əlaqələri və bu əlaqələrin inkişaf perspektivlərini ətraflı müzakirə edəcəklər, həmçinin beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar. 

“Danışıqlar zamanı əsas diqqət iqtisadi-ticari və investisiya əməkdaşlığına, eləcə də, birgə layihələrin reallaşdırılmasına yönələcək”, - mətbuat xidmətindən dəqiqləşdiriblər.

Prezidentlər nəqliyyat və logistika, səhiyyə, təhsil, IT, idman, turizm və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparacaqlar.

Danışıqlar Müstəqillik iqamətgahında “təkbətək” formatda və geniş tərkibdə keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri