19 
Noy
2018
20:04
573
38
7776
Virtual karabakh

Azərbaycan və Belarus Qarabağla bağlı birgə bəyanat qəbul edib

19 Noy, 2018
20:04
7776

Azərbaycan və Belarus Qarabağla bağlı birgə bəyanat qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər. 

Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, sənəddə bildirilir ki, tərəflər ATƏT çərçivəsində davam edən səylərə, habelə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətinə əsaslanaraq bu istiqamətdə gələcək addımların sürətləndirilməsinin vacibliyini vurğulayır. 

İlham Əliyev və Aleksandr Lukaşenko həmçinin münaqişənin tezliklə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına əsaslanan sülh nizamlanmasının vacibliyini vurğulayıblar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri