27 
Noy
2018
17:09
51
169
25672
Virtual karabakh

Əmək pensiyaları ilə bağlı qanun dəyişdirilir

27 Noy, 2018
17:09
25672

Əmək pensiyaları ilə bağlı qanun dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə (Qulluq stajına görə əmək pensiyasına əlavələr) dəyişiklik təklif edilir.

Oxu.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və məsələ barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Yeni dəyişikliyə görə,  “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmayacaq.

H.Rəcəbli bildirib ki, bir müddət öncə “Pensiyalar haqqında” qanuna edilən dəyişikliyə görə, 25 il iş stajına malik olmayan şəxslər pensiyaya çıxanda pensiya ala bilmirdilər:

“Hər hansı bir adam 64 yaşına çatırdı və 25 il iş stajı olmadığına görə əmək pensiyası ala bilmirdi. İndi isə çox mühüm addım atılır. Artıq bu hədd aradan qaldırılıb və yüz minlərlə insan bundan yararlanacaq”.

Deputat Vahid Əhmədov isə çıxışında qeyd edib ki, əvvəlcə “Pensiyalar haqqında” qanuna yenidən baxılıb dəqiqləşdirilməlidir.

O əlavə edib ki, hazırda insanları əsas maraqlandıran yaşayış minimumudur:

“Amma bizim qanunda “ehtiyac meyarı” anlayışı var. Beynəlxalq iqtisadiyyatda ehtiyac meyarı anlayışı yoxdur. Vaxtilə bizim prezident administrasiyası bu anlayışı Ünvanlı Sosial Yardım alanlar üçün nəzərdə tutmuşdu. Güman edirəm ki, nazir təzədir və bu məsələ həllini tapacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri