30 
Noy
2018
12:48
0
28
2003
Virtual karabakh

Komitə sədri: Dəyişikliklər vergi aurasını yaxşılaşdıracaq

30 Noy, 2018
12:48
2003

Komitə sədri: Dəyişikliklər vergi aurasını yaxşılaşdıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi növbəti dəfə müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öncə dəyişikliklərlə bağlı müzakirələrdə yaxından iştirak etdiyi üçün nazir Mikayıl Cabbarov başda olmaqla, nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Məcəlləyə dəyişikliklər əmək münasibətlərində şəffaflığı daha da artıracaq, vergi aurasını yaxşılaşdıracaq:

“Bu dəyişikliklər vergi yükünü deyil, əslində, vergi şəffaflığını artıracaq. Ölkədə iqtisadi inkişafın, biznes mühitinin daha da yaxşılaşdırılmasına, gücləndirilməsinə təkan verəcək. Hansı məsələlər ki, qalıb, onlar da gələcək dövrlərdə həyata keçiriləcək”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri